Kürdəmirdə su kanalında 44 yaşlı kişi meyiti tapılıb.
“Qanunla.az” xəbər verir ki, hadisə rayonun Qağacılı kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü İslamov Rəşad Eldar oğlunun meyiti yaşadığı evin yaxınlığındakı su kanalında aşkarlanıb.
Onun epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.