image-970_50
image-9f78ca4e-e764-3309-8ac5-0751d7a0a0b3_850

Kürdəmirdə “Mercedes” “VAZ-21011”-ə çırpılıb, xəsarət alanlar var

image-728_90

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası olub.

Hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik maşını arxadan “VAZ-21011” markalı avtomobilinə çırpılıb. Nəticədə “VAZ-21011”-in sürücüsü, Şəki rayon sakini, 43 yaşlı Abdurahmanov Ramin Məmmədsan oğlu və sərnişin, 33 yaşlı Salmanov Röyal Salman oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki