image-qanunla-reklam
image-92f9c74f0fd61ad5e78bdca95dae2303

Kürdəmirdə mikroavtobus su kanalına düşüb: Xəsarət alanlar var

image-lady-day-az

Kürdəmirdə idarəetmədən çıxan “Mercedes-Benz” markalı mikroavtobus su kanalına düşüb, xəsarət alanlar var.

APA-nın xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Gəncə sakini, 1988-ci il təvəllüdlü Ceyhun Canpolad oğlu Abdullayev “Mercedes-Benz” markalı mikroavtobusla hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Qəza zamanı sürücü və onun sərnişini 2005-ci il təvəllüdlü Yusif Ramil oğlu Əhədov müxtəlif dərəcəli ağır bədən xəsarəti alıblar.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki