image-qanunla-reklam
image-ekl

Kürdəmirlilərin elektrik problemi – VİDEO

image-lady-day-az

Kürdəmirdə qəzalı elektrik dirəkləri istismar müddətini başa vurub.

Baku TV xəbər verir ki, rayonun Çölqubalı kəndi şəhər mərkəzindən 40 kilometr uzaqlıqda yerləşsə də, bu kənddə elektrik şəbəkəsi demək olar, sıradan çıxıb.

Sakinlərin sözlərinə görə, elektrik dirəklərinin, xətlərin qəzalı vəziyyətdə olması elektrik enerjisinin verilişində fasilələr yaradır. Bu zaman evlərdə olan elektrik cihazları ya sıradan çıxır, ya da enerjinin zəif olmasına görə istifadə etmək mümkün olmur. Sakinlər yıxılma təhlükəsi ilə üz-üzə qalan dirəklərə özləri əlavə dayaq qoyublar.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi Kürdəmir Elektrik Şəbəkəsinin baş mühəndisi İxtiyar İmanov Baku TV-yə bildirib ki, məsələdən xəbərdardırlar. Çölqubalı kəndi Ərəbqubalı kəndi ilə bir nümayəndəlikdə birləşir və ümumilikdə burada 746 abonent var. Baş mühəndisin sözlərinə görə, ötən il həmin kəndlərin elektrik şəbəkəsinin yenilənməsi üçün 300-ə yaxın dəmir dirək gətirilib. Aprel ayından etibarən qalan dirəklər də gətiriləcək və bütövlükdə elektrik şəbəkəsi yenidən qurulacaq.

Baku.TV-nin süjetini təqdim edirik:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki