image-qanunla-reklam
image-silah-sursat

Laçın polisi silah-sursat aşkarladı

image-lady-day-az

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə döyüş sursatlarının aşkar olunaraq təhvil verilməsi istiqamətində mütəmadi profilaktiki tədbirlər aparılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Qanunla.Az-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının təhkim olunduğu Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində keçirilən növbəti tədbirlər zamanı tərk edilən hərbi mövqelərdən 1 avtomat, 3 müxtəlif növ pulemyot, 9 əl qumbarası, 11 avtomat darağı, 1 minaatanın nişangah qurğusu və 3500 müxtəlif çaplı patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki