Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib.
moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusuna layiq görülüb. Bu, cənab Prezidentin apardığı uğurlu xarici siyasətin növbəti qələbəsidir ki, MDB ölkələri, xüsusən də təşkilatın qeyri-rəsmi aparıcı qüvvəsi olan Rusiya bu statusa məhz, Azərbaycanın işğaldan azad edilmiş şəhərinin seçilməsinə etiraz etməyib. Unutmaq olmaz ki, bir neçə ay bundan öncə keçmiş Laçın Dəhlizində məhz Rusiya sülhməramlıları xidmət aparırdılar. Bu gün isə Rusiya Azərbaycan hərbiçilərinin tam nəzarəti altında olan Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçilməsinə səs verir. Bu qərar Laçın sakinləri və ümumilikdə Azərbaycan xalqı tərəfindən məmnunluqla qarşılanıb. Həmin iclasda eyni zamanda qərara alınıb ki, 2025-ci ildə Azərbaycan həmçinin III MDB Oyunlarına ev sahibliyi edəcək. Gəncə şəhəri həmin dövrdə rəsmi olaraq idman paytaxtı elan ediləcək. Bu xəbərlər həqiqətən də Azərbaycanın MDB məkanındakı nüfuzunun, region ölkələri arasında qazandığı etimad və inamın göstəricisidir. Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinin məhz MDB dövlətləri olduğunu nəzərə alsaq, Azərbaycanın nə qədər düzgün və məhsuldar xarici siyasət həyata keçirdiyini, bu ölkələrlə ikitərəfli münasibətlərin yüksək səviyyəsinin Vətən Müharibəsində maraqlarımıza cavab verdiyini görmüş oluruq.Laçın uzun illər boyunca qədim Azərbaycan mədəniyyətinin və xalq irsinin daşıyıcısı olmuşdur. Şəhər, folklor, musiqi və sənətkarlıq ənənələri ilə tanınır. Mədəniyyət paytaxtı statusu bu irsi yenidən canlandırmaq və beynəlxalq ictimaiyyətə tanıtmaq üçün böyük imkanlar açır.İşğal dövründə dağıdılmış abidələrin və tarixi yerlərin bərpası, şəhərin turizm potensialını artırmaqla yanaşı, Azərbaycan mədəniyyətinin dünya səviyyəsində tanıdılmasına şərait yaradacaq. MDB ölkələrindən gələn qonaqlar və turistlər Laçının mədəniyyət tədbirlərində iştirak edərək şəhərin zəngin irsini tanıyacaqlar. Bu şəhərin MDB-nin mədəniyyət paytaxtı seçilməsi, Laçının yalnız hərbi qələbə ilə deyil, eyni zamanda mədəni dirçəliş və sülhün simvolu kimi tanınmasını təmin edir. Şəhərin bərpa olunaraq keçmiş məcburi köçkünlərin qayıdışı ilə yenidən canlanması Azərbaycan xalqının öz mədəniyyətinə, torpağına bağlılığının və quruculuq əzminin təcəssümüdür. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi MDB ölkələri arasında mədəni və humanitar əməkdaşlığı gücləndirəcək, regional və beynəlxalq əməkdaşlığa töhfə verəcək. Burada keçiriləcək festivallar, sərgilər və tədbirlər müxtəlif xalqları bir araya gətirərək qarşılıqlı anlaşmanı və dostluq münasibətlərini dərinləşdirəcək. Bu, həmçinin, Azərbaycanın mədəni diplomatiya sahəsində güclü mövqeyini nümayiş etdirir. Bu status ölkənin mədəni irsinin daha geniş coğrafiyada tanıdılmasına, həmçinin Azərbaycanın beynəlxalq mədəni proseslərdə fəal iştirakına imkan yaradacaq. Laçında keçiriləcək tədbirlər Azərbaycan mədəniyyətinin, musiqisinin, incəsənətinin və adət-ənənələrinin MDB məkanında və ondan kənarda daha da tanınmasına şərait yaradacaq. Laçın, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış və bu müddət ərzində demək olar ki, tamamilə dağıdılmış şəhərlərdən biridir. Ancaq bu gün Laçın bərpa olunaraq yeni həyatla canlanmağa başlayıb. Bərpa prosesi ilə Laçın Azərbaycan üçün strateji və mədəni əhəmiyyətini geri qazanmaqdadır. Laçın Azərbaycanın qədim tarixi və mədəniyyətinin bir parçasıdır. Şəhər və ətraf bölgə xalqımızın çoxəsrlik irsini, abidələrini və tarixi izlərini qoruyub saxlayan yerlərdən biri olmuşdur. İşğal dövründə bu ərazilərdəki tarixi abidələr dağıdılmış və təbii sərvətlər talan edilmişdi. Laçının azad olunması həmin tarixi və mədəni dəyərlərin bərpasına, yenidən dirçəlməsinə imkan verdi. Həmçinin, Laçın işğaldan əvvəlki dövrlərdə Azərbaycanda çoxsaylı xalqların və müxtəlif dini konfessiyaların birgə yaşadığı tolerant mühitin simvolu idi. Şəhərin yenidənqurulması bu ənənələrin davam etdirilməsi üçün zəmin yaradır.
Zərdab Gənclər evi SXM-in əməkdaşı- Cəlal Mecidli.
Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı.
Bu ilin 8 oktyabr tarixində Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında bir sıra məsələlərlə yanaşı, energetika sahəsində – həm neft-qaz sektorunda, həm də elektrik enerjisi isiqamətində vəziyyət, Xəzərdə ekoloji durum və digər məsələlərə nəzər salınıb. Eyni zamanda, regional təhlükəsizlik məsələləri də müzakirə olunub. Bildirib ki, xüsusilə Azərbaycan – Rusiya arasında ticari-iqtisadi, investisiya, elmi-texniki -humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında da əlaqələr genişlənir. Təbii ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin milli dövlət maraqlarına hörmət prinsiplərinə əsaslanır. Prezident cənab İlham Əliyevin Rusiyaya davamlı rəsmi və işgüzar səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmin göstəricisidir. Ölkəmizin başçısı vurğulayıb ki, Vladimir Putinlə görüşdə gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün daha yaxşı fürsət yaranıb. Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında qəbul edilən və Prezident İlham Əliyevin iclasdakı çıxışında qeyd edilən qərar bu gün ölkəmizdə çox böyük sevinclə qaşılanıb. Ölkəmizin başçısı bildirib ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib: «MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib. Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar». Prezident İlham Əliyev Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı ölkəmiz üçün digər önəmli hadisələrdən danışıb. Bildirib ki, növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində də keçiriləcək. Eyni zamanda, bir aydan sonra Bakının ən böyük beynəlxalq tədbirə – COP29 iqlim konfransına ev sahibliyi etməsinin də əhəmiyyətindən danışan Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmiz 200-ə yaxın dövlətin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirir.Xalqımız üçün sevincə səbəb olan bu xəbər öz növbəsində Ermənistanda ciddi narazılığa səbəb olub. Bir sıra erməni ekspertlər, müxalifət nümayəndələri və tanınmış ictimai-siyasi şəxslər MDB dövlət başçılarının iştirak etdiyi mötəbər qurumun belə bir qərar qəbul etməsini Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın və konkret olaraq Paşinyanın məğlubiyyəti kimi qiymətləndirirlər. Təbii ki, hayların da iddia etdiyi kimi, Azərbaycan dövləti bu görüşdə də Ermənistan üzərində ciddi uğurlar qazandı.
Zərdab Gənclər evi SXM-in metodisti -Toğrul Abulov.