image-qanunla-reklam
image-1676786248_63f1b4dc9d56163f1b4dc9d562167678486063f1b4dc9d55f63f1b4dc9d560

Laçın-Xankəndi yolunda aksiya 70 gündür davam edir

image-lady-day-az

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Qanunla.Az xəbər verir ki, aksiya gecə boyu davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıblar.

Ekofəallar aksiyanın 70-ci günündə havanın şaxtalı olmasına baxmayaraq müxtəlif şüarlar səsləndirirlər. Hazırda havanın temperaturu – 6 dərəcədir.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki