image-qanunla-reklam
image-lavrov_rap

Lavrov Ərdoğanı “qabaqlamaq üçün” Bakıya gəlir

image-lady-day-az

Rusiyanın xarici işlər naziri mayın 5-6-da Ermənistanda, mayın 10 və 11-də isə Azərbaycanda olacaq. Səfərlər arasındakı bir neçə günlük fasilə diqqətimi çəkdi. Belə çıxır ki, Lavrov mayın-5-də İrəvana gedəcək, mayın 6-da Moskvaya qayıdacaq, 4 gün keçdikdən sonra yenidən bölgəyə – Azərbaycana gələcək. Nədən Lavrov birbaşa İrəvandan Bakıya gəlməyəcək?

Qanunla.Az xəbərr verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Lavrovun hər iki tərəf üçün “sürpiz” təkliflərinin olduğunu ehtimal edir:

“Lavrov həm də Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı qabaqlamaq istəyir. Çünki Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Ramazan bayramında, yəni mayın ortalarında Şuşaya gəlmək istəyir. Bakı və Ankara bu səfərə hazırlıqlara başlayıb. Moskva narahatdır. Kreml Ərdoğanın Şuşaya səfəri zamanı irəli sürəcək təkliflərdən ehtiyat edir. Ərdoğanın aprelin 24-də azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığından sonra “birgə addımlar atacağıq” açıqlaması da Kremli narahat etməmiş deyil”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki