Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra açıqlamalar verib.
Qanunla.az xəbər verir ki, Ərdoğan Teleqram kanalında yazıb:
Rusiya-Ukrayna müharibəsini danışıqlar masası arxasında bitirmək yanaşması Türkiyənin son 4 ildə yürütdüyü siyasətlə üst-üstə düşür. Amma burada bu həqiqəti gözardı etmək olmaz: Ədalətli və davamlı sülhə gedən yol ancaq bütün tərəflərin təmsil olunduğu bərabərliklə açıla bilər.
İstanbul Prosesi istisna olmaqla, Rusiya indiyə qədər aparılmağa cəhd edilən danışıqlardan kənarda qaldı və buna görə də istənilən nəticə əldə olunmadı. Əgər yeni prosesdən nəticə alınacaqsa, Ukrayna da prosesə daxil edilməli və qarşılıqlı danışıqlar yolu ilə bu müharibəyə son qoyulmalıdır.
Keçən həftə biz Ukrayna prezidenti cənab Zelenskini ölkəmizdə qonaq etdik. Bu gün biz Rusiya Federasiyasının xarici işlər naziri cənab Lavrovu qəbul etdik.
Müharibəyə son qoymaq üçün diplomatik səylərin gücləndiyi bir vaxtda bu səfərləri çox vacib hesab edirik.
Biz prosesi davamlı sülhə çevirmək üçün danışıqlara ev sahibliyi etmək də daxil olmaqla, hər cür dəstəyi verməyə hazırıq.