image-970_50
image-pati-satanlar-1

Lənkəranda “patı” əməliyyatı: 6 nəfər saxlanıldı

image-728_90

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Qanunla.Az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri ilə Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş F.Fərəcov saxlanılıb. Onun üzərindən 1 bükümdə psixotrop maddə metamfetamin, 1 bükümdə narkotik vasitə heroin aşkarlanıb. Davam etdirilən əməliyyat tədbirləri ilə F.Fərəcovun həmin narkotik vasitə və psixotrop maddəni Lənkəran şəhər sakini F.Həmdəmovdan aldığı, sonuncunun həmçinin yaşadığı evdə tiryəkxana təşkil etdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən F.Həmdəmovun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqramdan artıq heroin və 1 kiloqramdan artıq metamfetamin aşkarlanaraq götürülüb. Keçirilən baxış zamanı həmin evin həyətində olan əvvəllər məhkum olunmuş R.Səfərovun və S.Seyfullayevin hər birinin üzərindən 1 bükümdə psixotrop maddə, 1 bükümdə heroin aşkarlanaraq götürülüb.

Eyni gündə Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə isə Qumbaşı kənd sakinləri, əvvəllər məhkum olunmuş Z.Hüseynov və Q.Rəhimov saxlanılıblar. Keçirilən baxış zamanı onların üzərindən ümumilikdə 20 bükümdə metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki