image-qanunla-reklam
image-1618555140_142dc9ad-4ab8-4b00-8354-685b7a689f91

Lerikdə Sahibkar qadın İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirib – VİDEO

image-lady-day-az

Lerik rayon sakini, eyni zamanda sahibkar qadın İsmayılova Zərrintac İsmayıl qızı Lerik rayon İcra Hakimiyyəti qarşısında “Zirvəlikdə özünü padşah kimi aparma!” şüarı altında təkbaşına etiraz aksiyası keçirib.
Aksiya zamanı Zərrintac xanım jurnalistlərin suallarını cavablandırarkən, Lerik rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun 12 ildir ki, onun sahibkarlıq fəaliyyətinə maneələr yaratdığını, onun inşa etdirməkdə olduğu yeni tikili ictimai iaşə obyektini bulduzer texnika vasitəsilə uçurduğunu və xanımı ciddi təhdid etdiyini bildirib.
Zərrintac xanım rayonda yeganə sahibkar qadın olduğunu və İcra başçısı Rövşən Bağırovun onun mülkiyyətində “gözü olduğu”nu iddia edir.
İcra Hakimiyyəti başçısının təhdidlərindən “cana doyan” sahibkar xanım bu problemlərin davam edəcəyi təqdirdə tabeliyində olan işçi heyəti ilə Bakı şəhərində Prezident aparatı qarşısında etiraz aksiyası keçirəcəyini də vurğulayıb və Prezident İlham Əliyevdən Rövşən Bağırovun özbaşınalıqlarına son qoymasını xahiş edib.

Məlumatda adıçəkilən tərəflərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki