Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb.
Qanunla.Az xəbər verir ki, hadisə Günəşli kəndində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı azı 5 nəfər ölüb, daha 10 nəfər yaralanıb.
Hadisə zamanı avtobusda 50 nəfər olub.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Qəza zamanı 8 nəfər ölüb. Onların meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lerik rayon şöbəsinə təhvil verilib.
Qəza zamanı xəsarət alanlar Lənkəran rayonunun Boladi kənd sakinləri: – Səyyadova Səyyad Hacıbala qızı (1959-cu il təvəllüdlü), Kərimova Nazilə Ağəli qızı (1958), Fərəcova Şərafət Ənvər qızı (1959), İbrahimova Əsbət Ağabala qızı (1952), Qurbanova Gülər Məmmədağa qızıdır (1959).