image-qanunla-reklam
image-1228781

“Lider Tv&Radio-Azərbaycan” MMC-i AR Konstitusiya Məhkəməsinə şikayət etdi

image-lady-day-az
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı
və Peyk Rabitəsi İstehsalat Birliyi (bundan sonra “İddiaçı”) Azərbaycan Respublikası
Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “Lider TV və Radio-
Azərbaycan” MMC-nin (bundan sonra “Cavabdeh” və ya “Telekanal”) müflis elan edilməsi və əmlak inzibatçısının təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Vəkil Adəm Məmmədov Qanunla.Az-a açıqlamasında bildirib ki,birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.5və 63.1, “Müflisləşmə və iflas” haqqında Azərbaycan Respublikası Qanununun 2-11,19-cu maddələrini rəhbər tutaraq, iddia tələbinin təmin olunması haqqında qətnamə
çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin qətnaməni dəyişdirmədən
saxlamış, Ali Məhkəmənin Kommersiya Kollegiyası isə kassasiya şikayətimizi rədd
edərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
Məhkəmələr işə baxarkən ciddi prosessual pozuntulara yol vermiş, telekanalın hüquqlarını məhdudlaşdırmış, nəticədə bilə-bilə qanunsuz və ədalətsiz qərarlar çıxarmışdır.Telekanalın öz kreditorları qarşısında öhdəliklərini yerinə yetirməsinə kifayət qədər dəyərdə daşınar və daşınmaz əmlaka sahib olmasını nəzərə alaraq onların
dəyərinin məhkəmə ekspertizası qaydasında müəyyən edilməsi tələbi tərəfimizdən məhkəmələr qarşısında dəfələrlə irəli sürülsə də, məhkəmələr vəsatətimizə qərəzli münasibət bəsləyərək onu qanuna və məhkəmə təcrübəsinə tamamilə zidd şəkildə rədd etmişlər.
Nəticədə məhkəmə aktları qanuna uyğun olmadığından tərəfimizdən AR Konstitusiya Məhkəməsinə şikayət verilmişdir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki