image-qanunla-reklam
image-572cfb56-b33c-4d0c-b159-308163ea6d04

LİDERİMİZ MÖHTƏŞƏM ÇIXIŞI İLƏ DÜNYAYA MÜHÜM MESAJLAR VERDİ!

image-lady-day-az

LİDERİMİZ MÖHTƏŞƏM ÇIXIŞI İLƏ DÜNYAYA MÜHÜM MESAJLAR VERDİ!

Noyabrın 11-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası öz işinə başlayıb. Dünən isə COP29 Liderlər Sammitinin açılış mərasimi keçirilib. COP29-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı ilə bir çox maraqlı məsələlərə aydınlıq gətirildi. Göründüyü kimi Azərbaycan bu gün iqlim dəyişikliyi məsələsinə çox həssas yanaşır. Dünyanın ən böyük beynəlxalq konfransı – COP29-un Azərbaycanda keçirilməsi özlüyündə mühüm əhəmiyyətə malikdir. Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi veriləndə hər bir vətndaş qürur hissi keçirdi. Səbirsizliklə gözlənilən gün gəlib çatdı. 192 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 75 min iştirakçının qatıldığı bu konfrans bir çox göstəricilərinə görə kifayət qədər yüksək səviyyəli tədbir hesab olunur. Xüsusilə ətraf mühitin mühafizəsi, ekologiya, yaşıl enerji sahələrində ixtisaslaşan qurumların təmsilçilərinin qatıldığı mötəbər tədbirdə hər bir dövlətin özünəməxsus formada pavilyonu var, hər bir dövlətin məsələyə mövqeyi və yanaşması aydın görünür.Baxmayaraq ki, ölkəmiz 200 illik neft-qaz çıxarmaq tarixinə malikdir. Bununla belə ətraf mühitin qorunması bizim üçün əsas məsələlərdən biridir. Düzdür, 1993-cü ilə, yəni Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər bu məsələlər dövlət səviyyəsinə çatdırılmamışdı.

İqlim dəyişikliyinə münasibət bizim üçün siyasət deyil, həyat tərzimizdir: “Əgər 1990-cı illərin əvvələrində büdcəyə gələn vəsaitin 90 faizindən çoxu neft-qaz ixracından əldə olunurdusa, hazırda bu 48 faizə düşüb. Bu o deməkdir ki, 30 il ərzində qeyri-neft sektorunun inkişafına ciddi fikir verilib. Ən əsası isə qeyri-neft sektorunun inkişafında ətraf mühitin qorunmasına xüsusi diqqət ayrılır. Otuz il Ermənistanın işğalı altında qalan torpaqlarımızı azad etdikdən sonra hər yerin viran qaldığını gördük. Ötən dörd il ərzində yeni qəsəbələrin salınması, kommunikasiyaların yenidən qurulması yaşıl energetika siyasətinə uyğun şəkildə həyata keçirilir. Bərpa edilən su, külək və elektrik stansiyaları bu gün həmin zonanın elektrik təchizatında böyük rol oynayır. Artıq Azərbaycanda günəş və külək elektrik stansiyalarının tikintisi geniş vüsət alır, istehsal edilən elektrik enerjisinin həcmində alternativ enerjinin faizi günü-gündəj artır. Bu məsələdə Azərbaycan həm öz, həm də xarici ölkələrin müsbət təcrübəsinə söykənir. Eyni zamanda şəhərlərin abadlaşdırılmasında ətraf mühitin qorunması çox ciddi məsələdir və mühüm yer tutur. Regionlarımızda, yaşıllaşan şəhər və qəsəbələrimizdə parklar, yaşıllıqların salınması xüsusi yer tutur. Ölkə başçısının çıxışı bir daha göstərdi ki, Azərbaycan üçün ətraf mühitin qorunması, iqlim dəyişikliyinə reaksiya verilməsi önəmli məsələlərdən biridir. Qeyd edək ki, COP29-un Azərbaycan üçün müxtəlif sahələrdə faydaları olacaq. COP29 Azərbaycanın istixana qazı emissiyalarını azaltmaq üzrə öhdəliklərini yerinə yetirməsinə kömək edəcək. Bu isə ölkənin ekoloji vəziyyətini yaxşılaşdıracaq, havanın keyfiyyətini artıracaq. Nəticədə iqlim dəyişikliyinin təsirlərini azaltmağa kömək edəcək. Azərbaycan istixana qazı emissiyalarını 2050-ci ilə qədər 40% azaltmağı məqsəd qoyub. Bu da Paris Sazişinə uyğun olaraq qlobal iqlim məqsədlərinə töhfə verəcək. Yəni, Azərbaycanla bağlı BMT səviyyəsində mövcud olan etibarlı tərəfdaş mövqeyi ölkəmizin kifayət qədər siyasi nüfuzundan irəli gələrək hörmət əsasında formalaşır. Azərbaycanın digər qurumlarda və ya təşkilatlarda təmsilçiliyini, xüsusilə də Qoşulmama Hərəkatını buna nümunə olaraq göstərə bilərik. Ölkəmizin bu təşkilata sədrliyi əvvəlcə üç il olmuşdu. Sonra Azərbaycanın rolunu nəzərə alaraq müddət bir il də artırılmışdı.

BMT-nin say etibarilə ikinci nüfuz sahibi olan platformasında Azərbaycanın rəhbər orqanlarda təmsil olunması ölkəmizə olan rəğbətdən qaynaqlanan mövqedir. Bu, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Zaman sürətlə irəli gedir. Bu sürəti kimsə tutub saxlamaq iqtidarında deyil. Və bu sürətli gediş içərisində Azərbaycan özünəməxsus yolla irəliləyir. Bu gün bir daha sübut olundu ki, Azərbaycan zamanla yarışda öz müdrik Liderinin rəhbərliyi ilə bütün maneələri aşacaq və dünyaya, onun iqliminin və ekologiyasının sağlamlaşıdırılmasına öz töhfələrini verəcəkdir. Bunu da qeyd etmək lazımdır ki, ölkə başçısı cənab İlham Əliyevin atdığı məqsədyönlü addımlar nəticəsində Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq, həm də “təmiz enerji” ölkəsi olmaq üçün qollarını çırmayıb. COP29 kimi tədbirə evsahibliyi edən ölkəmizin əsas məqsədi həm də bu tədbirin nəticəli olmasına, qlobal dünyanı təhdid edən ekoloji problemlərə dünya ölkələrinin yanaşması və burada ortaq məqsədlərin müəyyənləşdirilməsinə nail olmaqdır. İnanırıq ki, sessiyanın növbəti günlərində ediləcək çağırışlar və əldə olunacaq razılaşmalar qlobal ekoloji problemlərin həllində Azərbaycanın vacib rolunu bir daha ortaya qoyacaq.

 

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatı aparatının mühasibi

Qalib Nağıyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki