image-qanunla-reklam
image-sjm-l-kidsvaxornot-0705-2

Litvada 12 yaşlı uşaqlardan COVID-19 pasportu tələb olunacaq

image-lady-day-az

 

Litvada koronavirusa qarşı peyvənd edilən, həmçinin bu xəstəlikdən sağalan şəxslərə verilən və peyvənd olunmayan insanlarla müqayisədə müəyyən üstünlüklər verən “imkanlar pasportu” 12 yaş və yuxarı uşaqlardan da tələb olunmağa başlanıb.

Bu barədə hökumətin müvafiq fərmanı çərşənbə axşamı qüvvəyə minib.

Bildirilir ki, 12 və daha yuxarı yaşda olan uşaqlar, hər kəs kimi, əyləncə müəssisələrinin girişində, valideynləri ilə kafe və restoranlara gedəndə, kütləvi tədbirlərdə öz “imkanlar pasportu”nu göstərməli olacaqlar.

Ancaq bu tədbir təhsil prosesinə təsir göstərmir; Məktəblərdə, məktəbdənkənar fəaliyyətlərdə “imkanlar pasportu”na ehtiyac yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki