UEFA Çempionlar Liqasının qrup mərhələsində VI tura start verilib.
Qanunla.Az xəbər verir ki, B qrupunda mübarizə başa çatıb.
“Portu” “Atletiko”ya 2:1 hesabı ilə qalib gələrək 1/8 finala qrup lideri kimi adlayıb. Madrid təmsilçisi isə sonuncu yeri tutub və avrokuboklarla vidalaşıb.
Almaniyada “Bayer”lə qolsuz heç-heçə edən Belçika “Brügge”si pley-offa ikinci yerin sahibi kimi yüksəlib. Qrup 3-cüsü olan Leverkuzen təmsilçisi isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.
***
UEFA Çempionlar Liqasında qrup mərhələsinin son turunun nəticələri aşağıdakı kimidir:
A qrupu
“Liverpul” (İngiltərə) – “Napoli” (İtaliya) – 2:0
“Reyncers” (Şotlandiya) – “Ayaks” (Niderland) – 1:3
C qrupu
“Bavariya” (Almaniya) – “İnter” (İtaliya) – 2:0
“Viktoriya” (Plzen, Çexiya) – “Barselona” (İspaniya) – 2:4
D qrupu
“Sportinq” (Portuqaliya) – “Ayntraxt” (Frankurt, Almaniya) – 1:2
“Marsel” (Fransa) – “Tottenhem” (İngiltərə) – 1:2