image-qanunla-reklam
image-437291340_849_185_2950_1367_1920x0_80_0_0_8b3ed08a707924a9d18e85645d0676e2

Logistika mərkəzi

image-lady-day-az

Logistika mərkəzi. ;

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda geosiyasi vəziyyətin mühüm dərəcədə dəyişməsi regionda əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Prezident İlham Əliyevin yüksək diplomatik fəaliyyəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə dünya iqtisadiyyatının önəmli hissəsinə çevrilir. Orta dəhliz layihəsinin ideyadan, cəlbedici konsepsiyadan real layihəyə çevrilməsində  mahir strateq kimi Prezident İlham Əliyevin  qlobal və regional kontekstin obyektiv analizindən, transmilli layihələrin uğurlu icrasından,  intuisiyasından qaynaqlanan strateji yanaşması mühüm rol oynayır və çoxtərəfli səylərin bünövrəsini formalaşdırır. Azərbaycan bu gün yeni geosiyasi çağırışların ticari, iqtisadi əlaqələrə yaratdığı risklərin aradan qaldırılmasında başlıca çıxış yollarından biri kimi nəzərdən keçirilən qlobal nəqliyyat şaxələndirilməsində mühüm rol oynayır. Son 10 ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın tranzit potensialının gücləndirilməsi sahəsində atılmış addımlar ölkəmiz üçün yeni mərhələdə yeni imkanlar yaradıb. Azərbaycan region ölkələri arasında ən yaxşı start imkanlarına malikdir. Son illər ölkəmizin təşəbbüskarı və əsas iştirakçısı olduğu transmilli enerji, nəqliyyat və iqtisadi layihələrin müasir kontekstdə və yeni reallıqlar fonunda analizi  Prezident İlham Əliyevin strateji uzaqgörənliyinə bir daha diqqət çəkir.  Prezident İlham Əliyevin strateji uzaqgörənliyi ilk növbədə onun mahir strateq kimi Mərkəzi Asiya və Qafqazın Avropa ilə əlaqəsini gücləndirmək üçün Xəzər dəhlizi və Cənubi Qafqaz regionunun imkanlarını xarici tədqiqatçıların qeyd etdiyi kimi, Çinə, eyni zamanda Avropa ölkələrinə, Türkiyəyə, zaman keçdikcə Hindistana belə “ixracın diversifikasiyası strategiyasını həyata keçirməyə imkan yaradacaq alternativ “Şərq-Qərb”, “Şimal-Cənub” dəhlizlərinə potensial ehtiyacları, Xəzər regionu hövzəsi ölkələrinin enerji və türk dövlətlərinin inteqrasiyası, əməkdaşlığı potensialını, regional kooperasiyanın əhəmiyyətini əvvəlcədən düzgün dəyərləndirməyə və buna müvafiq xarici siyasət, nəqliyyat-logistika və enerji strategiyasının işlənib hazırlanmasına, addım-addım həyata keçirilməsinə nail olmasında təzahür edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında xüsusi rola malikdir. Qədim İpək yolu üzərində yerləşən Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryol xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub beynəlxalq nəqliyyat və Transxəzər tranzit dəhlizləri vasitəsilə Avrasiya materikində körpü rolunu oynayır. Bu baxımdan, Zəngəzur dəhlizi də ölkəmiz üçün, onun gələcək nəqliyyat və logistik imkanlarının daha da genişlənməsi baxımından önəmli keçid olacaq. Postmünaqişə dövründə Zəngəzur dəhlizi dövlətimizin əsas hədəflərindən biridir. Bu layihə təkcə Azərbaycan üçün deyil, ümumilikdə, region ölkələrinə böyük fayda gətirməklə, beynəlxalq nəqliyyat layihələrində regionun rolunu əhəmiyyətli dərəcədə artıracaq. Zəngəzur dəhlizinin açılması region ölkələrinin ümumi sosial-iqtisadi inkişafını və xalqların yaşayış səviyyəsinin yüksəlməsini təmin edəcəkdir. Belə ki, bu dəhlizin şərq ilə qərb ölkələri arasında qitələrarası yeni alternativ nəqliyyat şəbəkəsinin formalaşmasında əhəmiyyəti olduqca böyükdür. Beləliklə, yaradılacaq yeni nəqliyyat-kommunikasiya infrastrukturu yük daşımalarının artımına töfhə verməklə regional və dünya miqyasında iştirakçı, tərəfdaş ölkələrə iqtisadi cəhətdən yüksək fayda verəcək, eyni zamanda, iqtisadi inkişafın və beynəlxalq ticarətin stimullaşdırılmasında da böyük rola malik olacaq. Bu dəhliz qardaş ölkə Türkiyə Cümhuriyyəti ilə əlaqələri daha da möhkəmləndirəcəkdir. Türkiyə və Azərbaycan uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə bir-birilə daha sıx və möhkəm əlaqə saxlayacaq.

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı-  Ehtiram Osmanov

 

 

 

BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir

Rusiyada BRICS-in 16-cı sammiti öz işinə başlayıb. Oktyabrın 24-dək Kazanda davam edəcək sammitdə 26 dövlətin başçıları da daxil olmaqla, ümumilikdə 33 beynəlxalq nümayəndə heyəti iştirak edəcək. Sammitdə iştirak etmək üçün Azərbaycan, Türkiyə və Ermənistan rəhbərliyi də Kazana səfər ediblər. Rusiya Prezidenti Vladimir Putin BRICS sammitində iştirak etmək üçün Kazana gələn bütün liderlərlə “tet-a-tet” söhbət edib. Putinin köməkçisi Yuri Uşakov deyib ki, Putin BRICS sammiti çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib və liderlərlə qeyri-rəsmi nahar edib. Uşakov bildirib ki, perspektivdə BRICS-in genişlənməsi tərəfdaş dövlət üçün filtr meyarı vasitəsilə baş verəcək: “Birlik tərəfdaş dövlət üçün vacib meyarlar barədə razılığa gəlib və BRICS-in gələcək genişlənməsi bu filtrdən keçəcək”. O bildirib ki, 13 dövlətdən ibarət siyahı razılaşdırılıb: “Hələlik biz bu ölkələrin adlarını dərc etməmək qərarına gəlmişik, çünki onlarla ya BRICS-ə tamhüquqlu üzvlüyə, ya da hansısa müvafiq formada qoşulmağa hazır olmaları barədə danışmalıyıq”. BRICS ölkələri Ukrayna kontekstində bütün dövlətlərin “bütövlükdə və bir-biri ilə əlaqəli olaraq BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun hərəkət etmək” məsuliyyətini vurğulayıblar. Bu barədə qurumun Kazan Bəyannaməsində bildirilib. Bir il əvvəl olduğu kimi, BRICS iştirakçıları “Ukraynada və ətrafındakı vəziyyətlə bağlı milli mövqeləri” xatırladıb, həmçinin vasitəçilik təşəbbüslərini alqışlayıblar. Bəyannamədə Ukraynanın adı yalnız bir dəfə çəkilib. Bundan başqa, BRICS ölkələri yekun bəyannamədə kosmosda silahlanma yarışının qarşısının alınmasını dəstəkləyiblər. BRICS 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb, 2011-ci ildə isə Cənubi Afrika birliyə qoşulub. 1 yanvar 2024-cü ildə Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya BRİKS-in tamhüquqlu üzvləri olub. “BRICS artıq qlobal gücə çevrilib. Əgər 1992-ci ildə hazırda BRICS-ə üzv olan ölkələrin qlobal iqtisadiyyatı payı 16.7 faiz, Böyük Yeddilik dövlətlərinin qlobal ÜDM-də çəkisi 45.5 faiz idisə, ötən müddətdə G7-nin qlobal payı 29 faizədək azalıb. 2009-cu ildə yaradılan BRICS üzv ölkələri üçün inkişaf baxımdan yeni imkanlar yaratdı. BRICS-lə əməkdaşlığın genişləndirilməsi Azərbaycana nə vəd edir? Azərbaycan üçün BRICS ilə əməkdaşlığın genişlənməsi həm qeyri-neft ixracatının artırılması, həm də fərqli iqtisadi sahələrdə birgə layihələrin reallaşması baxımdan vacibdir. BRICS kifayət qədər geniş coğrafiyanı əhatə etdiyindən, bu, Azərbaycan sahibkarları üçün ixrac baxımdan yeni imkan kimi dəyərləndirilib. Digər tərəfdən, həmin dövlətlərdə Azərbaycanın qeyri-neft məhsullarına xüsusi tələb də var. Eyni zamanda BRICS ölkələri ilə turizm sahəsində əməkdaşlıq son illər daha da güclənib. Bu sahədə daha geniş əməkdaşlıq imkanları və potensial var”.  “Bu aspektdən, bu əməkdaşlıq ölkəmizə yeni iqtisadi dividendlər qazandırır. Bu il üçün də həm ümumən sərmayə qoyuluşunun həcminin artırılmasına nail olmaq, o cümlədən investisiya portfelində qeyri-neft sektoruna yönəldilən xarici sərmayələrin payının artırılması əsas hədəflərdən biri kimi qarşıya qoyulub. Bu baxımdan BRICS ölkələrindən yeni sərmayələrin cəlbi imkanları yüksək qiymətləndirilir. BRICS-lə əməkdaşlığın güclənməsi yeni dövrün yeni hədəflərinin daha tez və səmərəli reallaşmasına töhfədir”.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki