image-qanunla-reklam
image-243434321_892043478372427_4525198987822963012_n

Maddi çətinliklə üz-üzə olan qazi evlə təmin olunacaq – YENİLƏNİB + AÇIQLAMA

image-lady-day-az

 

“Maddi çətinliklə üzləşən qazi Ayxan İsayev evlə təmin olunacaq”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov bildirib.

Onun sözlərinə görə, qazimiz Ayxan İsayev sentyabrın 2-də Ağdaş Rayon İcra Hakimiyyəti tərəfindən ev növbəsinə götürülərək məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib:

“Prezidentin 25 yanvar 2021-ci il tarixli, şəhid ailələri və müharibə ailələrinin mənzil və ya fərdi evlərlə təminatını nəzərdə tutan sərəncamının əhatəsi çərçivəsində qazimizin evlə təminatı növbəlilik əsasında həyata keçiriləcək”.

11:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İsayev Ayxan İlqar oğlunun hazırda ayağına protezin qoyulmamasının səbəbini açıqlayıb.

Qurumun yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, qazi protezlə təmin olunacaq:

“Ağdaş rayon sakini 2001-ci il təvəllüdlü İsayev Ayxan İlqar oğluna bu il iyulun 7-də Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən verilən şəhadətnamədə qeyd olunan ayağın diz səviyyəsində və ya dizdən aşağı qazanılma olmaması, sağ baldır amputasiyası, bud arteriyasının travması diaqnozuna uyğun olaraq ikinci dərəcə müddətsiz əlillik təyinatı aparılıb. Hazırda qazinin ayağında həm mil, həm də İlizarov aparatı var. Bu da onun yüksək texnologiyalı protezlə təmin edilməsinə imkan vermir”.

“Qazinin ayağının güdül hissəsi tam sağalaraq formalaşdıqdan sonra son nəsil protezlə təmin ediləcək. Bu barədə qazinin özü ilə də əlaqə saxlanılaraq ətraflı məlumat verilib”, – deyə T.Qurbanov qeyd edib.

Qeyd edək ki, Ayxan İsayev müsahibələrinin birində hər dəfə xəstəxanaya müalicəyə gedən zaman ayağına protez qoyulacağına ümid edir.

Xatırladaq ki, A.İsayevin ailəsi maddi çətinliklə üz-üzədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki