image-qanunla-reklam
image-untitled-design-1_k7u2bqp

Mahir Emreli Xorvatiyanın ən güclü klubunun radarına düşdü

image-lady-day-az

 

Millimizin və Polşanın “Legiya” klubunun futbolçusu Mahir Emreli Xorvatiyanın ən güclü klubu olan Zaqreb “Dinamo”sunun transfer hədəfinə düşüb.

Əvvəl Xorvatiyanın “Xayduk” klubu ilə adı hallanan Mahiri “Dinamo” heyətinə qatmaq istəyir.

22 qat Xorvatiya çempionu, hazırda çempionatın lideri olan “Dinamo” müdafiənin sol və sağ cinahlarına, o cümlədən hücum xəttinə oyunçu axtarır. Hücum xəttinə əsas namizəd kimi isə Emreli göstərilir.

Onun bu mövsüm 33 oyuna 11 qol vurması, avrokuboklarda “Budö/Qlimt” (Norveç), “Slaviya” (Çexiya), “Lester” (İngiltərə), “Napoli”nin (İtaliya) qapısına yol tapması diqqətləri üzərinə çəkib. Futbolçunun transfer qiyməti isə 2 milyon avro göstərilir.

Oxu.Az-ın əldə etdiyi xəbərə görə, Emrelinin transfer işlərini hazırda Xorvatiyaya qonşu olan Bosniya və Herseqovinadan olan menecer həyata keçirir. Hazırda “Dinamo”da iki bosniyalı futbolçunun da oynadığını nəzərə alsaq, bu keçidin baş tutmaq ehtimalı mümkündür. Həmçinin, Mahirin əvvəllər millimizdə xorvat baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında oynaması da “Dinamo”nun bu futbolçunu yaxından tanımasını asanlaşdırıb.

Qeyd edək ki, “Legiya” BƏƏ-nin Dubay şəhərində təlim-məşq toplanışında olsa da, Mahir Emreli klub azarkeşləri tərəfindən döyülmə faktına görə, komandanın hazırlıq prosesinə qatılmayıb. O, hüquqşünas vasitəsilə Varşava klubu ilə müqaviləsinin pozulmasını istəyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki