“Belə bir oyunda start heyətində meydana çıxmaq inanılmaz hissdir”.
Qanunla.Az-ın məlumatına görə, bunu Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli evdə “Şibenik”ə 3:0 hesabı ilə qalib gəldikləri Xorvatiya I liqasının 26-cı tur matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Xorvatiya çempionatında debüt görüşünü dəyərləndirən 25 yaşlı hücumçu çoxdandır ilk “11-lik”də yer almadığını bildirib: “Bu, həm klub, həm də azarkeşlər üçün xüsusi oyun idi”.
Qeyd edək ki, ilk dəfə “Dinamo”nun heyətində start “11-liy”ində meydana çıxan Mahir Emreli 60-cı dəqiqədə əvəzlənib.