İki çəki dərəcəsində UFC çempionu olmuş Konor Makqreqor oktaqona qayıdacağını açıqlayıb.
Qanunla.Az xəbər verir ki, bu abrədə o, İnstaqramda məlumat verib.
“Mən qayıdacağam. Müqaviləmin bitməsinə iki döyüşüm qalıb. Ağlımda “Bugatti” və yaxtalar var”, – deyə Makqreqor bildirib.
34 yaşlı Makqreqorun son döyüşü UFC 264-də amerikalı Dastin Puarye ilə olub. Görüş birinci raundda başa çatıb və nəticədə irlandiyalının ayağı sınıb.