image-qanunla-reklam
image-makron

Makron buna görə İrəvana gəlir – Şərh

image-lady-day-az

İşğaldan azad edilən, hələlik isə Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonası sayılan ərazilərimizdən qanunsuz erməni silahlı biləşmələrinin açdığı atəş və hücum cəhdlərinin fonunda Fransa Prezidenti Emmanuel Makronun İrəvana səfər etməsi maraqlı nüansdır. Lakin düşünmürəm ki, bu məsələ ilə Fransa Prezidentinin Ermənistana səfəri arasında xüsusi bir əlaqə olsun.

Bu sözləri Qanunla.Az-a politoloq Turab Rzayev Fransa Prezidenti Emmanuel Makronun yaxın günlərdə Ermənistana baş tutacaq səfərini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın Fransa Prezidenti Emmanuel Makronun Ermənistana baş tutacaq səfərindən gözləntiləri böyükdür:

“Makronun vasitəsilə Nikol Paşinyan həm erməni cəmiyyətinə, həm əleyhdarlarına, həm də xarici qüvvələrə arxasında böyük gücün olduğunu göstərmək istəyir. Xüsusilə qeyd etmək lazımdır ki, bu gün Ermənistanda siyasi sabitlik hələ də bərqərar olmayıb. Bu mənada Paşinyanın ən azından daxili siyasi mühitdə mövqelərini gücləndirmək üçün belə bir səfərə ehtiyacı var. Təbii ki, Makronun Ermənistana səfəri həm də xarici qüvvələrə, xüsusilə də Kremlə verilən bir mesajdır. Yəni Paşinayan Fransanın timsalında Qərbin Ermənistanı dəstəklədiyi təsəvvürünü yaratmağa çalışır”.

T.Rzayevin sözlərinə görə, Makronun Ermənistana səfər etməsi onsuz da zəif olan Azərbaycan-Fransa münasibətlərinə mənfi təsir edəcək:

“Fransa prezidenti təbii ki, istədiyi ölkəyə səfər edə bilər. Lakin indiki halda onun Ermənistana səfər etməsi Azərbaycanın Makrona münasibətini mənfiyə doğru bir qədər də dəyişəcək. Rəsmi Parisin açıq-aşkar ermənipərəst siyasəti Bakı ilə mövcud soyuqluğu artıracaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki