image-qanunla-reklam
image-9d016e8f-e1f5-3efc-9776-0b72598f6c5b_850

Makron Maliyə səfərini təxirə salıb

image-lady-day-az

Fransa Prezidenti Emmanuel Makron paytaxtda koronavirusun yayılması fonunda Malidə xidmət göstərən fransız əsgərlərini təhlükəyə atmamaq üçün bu ölkəyə səfərini ləğv edib.

Qanunla.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.

“Makron Fransa hərbi kontingenti ilə Yeni ili qeyd edəcəyi Maliyə səfərini ləğv edib. Bu qərar ordumuzu təhlükəyə atmamaq üçün prezidentin iş cədvəlini milli səviyyədə həyata keçirilən tədbirlərlə əlaqələndirmək məqsədilə qəbul edilib”, – məlumatda deyilir.

Qeyd edək ki, Fransa hazırda koronavirusun 5-ci dalğasını yaşayır. Ötən gün 63,5 minə yaxın yoluxma halı müəyyən edilib.

Hökumət, həmçinin yeni “omikron” ştamının sürətlə yayılmasından narahatdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki