image-qanunla-reklam
image-makron

Makrondan Qarabağ açıqlaması: Fransa hazırdır…

image-lady-day-az

Fransa ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında Ermənistan və Azərbaycan arasında dialoqun bərpasına kömək etməyə hazırdır.

Qanunla.Az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ermənistanın müstəqillik günü ilə bağlı Ermənistan Prezidenti Armen Sərkisyana göndərdiyi təbrik məktubunda deyib.

Makron Fransanın bölgədə sülhün bərqərar olunmasında öz rolunu oynamağa çalışdığını və bu baxımdan, Qarabağdakı qanlı müharibədən sonra üzləşdiyi çətinliklərin öhdəsindən gəlməsində Ermənistanın yanında olduğunu vurğulayıb.

“Regional inkişaf və rifah naminə Cənubi Qafqazda vəziyyəti sabitləşdirmək üçün ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində münaqişənin davamlı həlli yolunda səylərimizi əsirgəməyəcəyik”, – Makron bildirib.

Qeyd edək ki, Fransa Qarabağda münaqişənin bitdiyini qəbul etmək istəməyən və hər vəchlə Minsk Qrupunu diriltməyə və Ermənistanın işğal siyasətini dəstəkləməyə çalışan ölkə kimi səylərini davam etdirməkdədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki