image-qanunla-reklam
image-makron2-1

Makronun Qarabağ “təşəbbüsü”nün hədəfi – Şərh

image-lady-day-az

Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Armenpress” agentliyinə müsahibəsində bildirib ki, Rusiya və Fransa prezidentləri tezliklə Qarabağ məsələsinin davamlı həllinə yönəlmiş konkret təşəbbüslərlə çıxış edəcəklər. İki ölkənin prezidentləri aprelin 26-da telefonla danışmışdılar. Prezidentlərin telefon danışığından sonra Kremllə Parisin mətbuata açıqlamalarında fərq ortaya çıxmışdı.

Qanunla.Az  xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Kremldən yayımlanan açıqlamada prezidentlərin müxtəlif mövzuları, o cümlədən Ukrayna və Qarabağdakı vəziyyəti müzakirə etdikləri bildirilmişdi:

“Rəsmi Parisin mətbuata ötürdüyü açıqlamada isə fərqli cümlə yer almışdı. Prezidentlər Qarabağda bağlı “yeni təşəbbüslər” hazırlanması barədə razılığa gəliblər”.

Kremlin açıqlamasında məlum cümlə yox idi. Ancaq Kreml Parisdən “yeni təşəbbüslərlə” bağlı cümləyə etiraz etmədi. Yəni prezidentlər hər hansı “yeni təşəbbüsləri” müzakirə etməmişdilərsə, Kreml Parisin açıqlamasına düzəliş etməliydi. Misal üçün Rusiya prezidentinin fəal mətbuat katibi Peskov məsələyə aydınlıq gətirə bilərdi. Bunlar edilməyiblərsə, deməli, prezidentlər həqiqətən Qarabağla bağlı “yeni təşəbbüslər” barədə nəsə danışıblar. Sadəcə, Kreml bu cümləni ona görə yaymayıb ki, Bakının sualları ilə üzləşməsin. Parisi isə Bakının necə reaksiya verəcəyi çoxdan maraqlandırmır. Fransa Prezidenti Emmanuel Makron tərəfini ilk gündən seçib. Ona görə də açıqlamada “yeni təşəbbüslər” cümləsinə istinad ediblər”.

Politoloq rəsmi Parisin “yeni təşəbbüslər” dedikdə nələri nəzərdə tutması haqda danışıb:

“Bunu Fransanın Ermənistandakı səfirinin sözlərindən aydınlaşdırmaq olar. Diplomatın sözlərinə görə, Fransa prezidenti “hərbi əsirlər, humanitar yardım və mədəni irsin qorunması” məsələlərində konkret irəliləyiş əldə edilməsinin vacibliyini vurğulayıb. Səfir vurğulayıb ki, Minsk Qrupu həmsədrlərinin 13 aprel açıqlamasında da göstərildiyi kimi, danışıqların bərpası həmsədrlər üçün prioritetdir.

Beləliklə, Fransanın Ermənistandakı səfiri nə deyibsə, hamısı Azərbaycan əleyhinədir. Fransa rəsmiləri və diplomatları “hərb əsirlər, humanitar yardım və mədəni irsin qorunması” dedikdə bütünlüklə ermənilərin maraqlarını nəzərdə tuturlar. Paris balansı qorumaq naminə bu sıraya minalanmış ərazilərin xəritələrini əlavə etmək istəməyibsə, bununla bir daha ermənilərin tərəfini tutduğunu ortaya qoyub”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki