image-qanunla-reklam
image-1628143490-manavgat-taki-yanginin-anne-ve-babasina-kizan-12-14309573_5648_o

Manavgatdakı meşəni yandıran 12 yaşlı oğlan DANIŞDI: “Çox təəssüflənirəm”

image-lady-day-az

Antaliyanın Manavgat rayonunda iyulun 28-də başlayan meşə yanğınlarına səbəb olan 12 və  16 yaşlı şəxslər saxlanılıb. 

Qanunla.Az xəbər verir ki, 12 yaşlı M.A.T. adlı uşağın ifadəsi alınıb.  Məlum olub ki,  azyaşlının yanğının törətməsinə səbəb valideynlərinə  görə olub:

“İyulun 28-də bacım və qardaşımla birlikdə səhər yeməyinə dayımın yanına getmişdim. Saat 10.00 radələrində evə gəldik. Sonra 13:00-14:00 radələrində çölə çıxdım. Daha əvvəl meşəni yandırmaq planım vardı, buna gör də  mətbəxdən alışqanı götürdüm. Meşəyə getdim. Daha əvvəl bu meşədə heyvanları otarmışdıq. Bu səbəbdən meşəni tanıyırdım. Meşəyə gedəndə, yerdəki qurumuş kolların ətrafına ot yığdım, bir dairə düzəltdim və əlimdəki alışqanla yandırdım. Beş dəqiqə orada qaldım. Yanğın böyüdü. Söndürməyə  çalışsam da alınmadı.  Meşənin yaxınlığındakı odunluğa getdim. Yanğının yığılmış oduna doğru irəlilədiyini görəndə yanğının daha da böyüməsinin qarşısını almağa çalışdım. Amma bacara bilməyəndə tez evə qaçdım. Meşəni heç kimin göstərişi olmadan öz istəyimlə yandırdım. Bu mövzuda məni heç kim təhdid etməyib və ya istiqamətləndirməyib. Məni meşəni yandırmaqla kimsə təhdid etmədi, nə ailəmə, nə də mənə zərər verəcəyini demədilər. Çox təəssüflənirəm”

Azyaşlı bundan başqa həmin günü çox pis olduğunu və  kiməsə  zərər vermək istədiyini  bildirib:

“Valideynlərimin ayrılacağını eşitdim Buna görə depressiyaya düşdüm. Meşəni yandırmaq ağlıma gəldi. Psixoloji pisləşməyimin səbəbi təkcə anamla atamın ayrılacağı deyil. Həm də dostlarım 1-ci sinifdə məni döyüblər.  Bu səbəbdən depressiyadayam”.

Qeyd edək ki,  digər 16 yaşlı oğlanın ifadəsi  hələ də  alınmayıb.  12 yaşlı oğlan isə  polis  bölməsindən uşaq yetişdirmə  yurduna təhvil verilib. Araşdırmalar davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki