image-qanunla-reklam
image-3e587f5c-1942-3ef0-b5fa-03f89f17b388_850

Mario Balotelli İtaliya millisinə qayıdır

image-lady-day-az

Türkiyənin “Adana Demirspor” klubunun futbolçusu Mario Balotelli İtaliya millisinə qayıdır.

Qanunla.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano bildirib.

Yığmanın baş məşqçisi Roberto Mançini 32 yaşlı hücumçuya yeni şans verəcək. Qərar yaxın zamanda rəsmi olaraq açıqlanacaq.

Qeyd edək ki, Mario Balotelli 2021-ci ildə “Adana Demirspor”a keçib. Hücumçu cari mövsüm 20 oyuna çıxıb, 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli forvard 2010 – 2018-ci illərdə İtaliya seçməsinin formasını geyinib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki