image-qanunla-reklam
image-eskalator

Marketdə eskalatora ilişən uşağın ayağı sındı

image-lady-day-az

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yerləşən ticarət mərkəzində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

 

Bu barədə Qanunla.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Məlumat əsasında hadisə yerinə operativ olaraq nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, qaldırıcı eskalator hərəkətdə olan zaman 2016-cı il təvəllüdlü uşağın sol ayağı eskalatorun pilləkənlərinin arasında sıxılı vəziyyətdə qalaraq, uşağın həyat və sağlamlığı təhlükə altına düşüb.

 

Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə uşağın ayağını eskalatorun pilləkənləri arasından çıxararaq onu xilas ediblər. Uşaq təcili tibbi yardım briqadasına təhvil verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki