image-qanunla-reklam
image-cetene-esas

Masallı polisi əməliyyat keçirdi: saxlanılan var

image-lady-day-az

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Qanunla.Az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Masallı rayonunun Hişkədərə kənd sakini T.Əliyev saxlanılıb.

Onun yaşadığı evin həyətində kultivasiya yolu ilə yetişdirdiyi yaş halda çəkisi 3 kiloqramdan artıq olan 13 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki