image-qanunla-reklam
image-1621411289-1612943684_polis

Maşınla azad edilmiş ərazilərə getmək istəyənlər saxlanıldı

image-lady-day-az

Mayın 17-də saat 17 radələrində Füzuli rayonunun Alıxanlı kəndi ərazisində “Toyota” markalı avtomobilin sürücüsü işğaldan azad olunmuş əraziyə qanunsuz keçməyə cəhd etdiyi üçün Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Qanunla.Aza Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Avtomobildə olan sürücü, Sumqayıt şəhər sakini E.Qasımov və 5 sərnişini Füzuli RPŞ-yə gətiriliblər.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq inzibati tənbeh tədbiri tətbiq olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki