image-qanunla-reklam
image-263389157_4833904669973155_7422082482803798361_n

Mədət Quliyevdən ilk təyinat – FOTO

image-lady-day-az

 

Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyevin əmri ilə şose velosipedi üzrə yığma komandaya yeni baş məşqçi təyin edilib.

Bundan sonra milliyə Əməkdar məşqçi Asif Həsənov rəhbərlik edəcək.

Bunadək “Neftçi” İdman Klubunun velosiped bölməsinin məşqçisi olan Asif Həsənovu məşqçilər korpusuna federasiyanın baş katibi Fərhad Əliyev təqdim edib və federasiya prezidentinin məşqçilər korpusu qarşısında qoyduğu əsas hədəfləri onların diqqətinə çatdırıb.

Göstərilən yüksək etimada görə federasiya rəhbərliyinə təşəkkürünü bildirən Asif Həsənov qarşıya qoyulan məqsədlərə çatmaq üçün məşqçilər korpusu ilə birgə bütün qüvvə və bacarığını səfərbər edəcəyini deyib.

Qeyd edək ki, şose velosipedi üzrə millimizin əvvəlki baş məşqçisi Əbülfəz Məmmədov idi. O, ötən ayın 7-də dünyasını dəyişib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki