image-970_50
image-kelbecer-cesed

Məğlub Ermənistan sərhəddə atəşkəsi niyə pozur?

image-728_90

Son günlər Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə atəşkəsin pozulması hallarının intensivləşməsi təsadüfi deyil. Görünür, Robert Köçəryanın rəhbərlik etdiyi Qarabağ klanının ordu içərisindəki üzvləri məqsədli surətdə sərhəddə təxribatlar törədir. Köçəryan bununla da Paşinyanı pis duruma salmaq istəyir.

Bu sözləri Qanunla.Az-a açıqlamasında politoloq Qabil Hüseynli son günlər Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz və Kəlbəcər istiqamətində atəşkəsi pozmasını şərh edərkən deyib.

Q.Hüseynli qeyd edib ki, Ermənistan-Azərbaycan dövlət sərhədində atəşkəsin pozulmasının səbəbkarı kimi Nikol Paşinyanı göstərmək məntiqə sığmır:

“Paşinyan növbədənkənar parlament seçkilərində yenicə qələbə qazanıb. Erməni xalqı revanşist müharibə ritorikalı Köçəryanı deyil, məhz sülh və antimüharibə vədləri verən Paşinyanı seçdi.

Bu gün Paşinyan hələ nə hökumətini, nə də parlamenti formalaşdırıb. Belə bir vəziyyətdə demakrasiya və delimitrasiya prosesinin getdiyi Kəlbəcər, Tovuz istiqamətində atəşkəsi pozmaq məntəqsizdir. Əgər bunu edən Nikol Paşinyandırsa, demək, o, ya intihar etmək istəyir, ya da ağlını bütövlükdə itirib.

Ona görə də düşünürəm, son günlər atəşkəsin pozulmasında başlıca günahkar seçkilərdə məğlub olan Robert Köçəryan və onun Qarabağ klanıdır. Heç kəsə sirr deyil ki, bu gün Ermənistan silahlı qüvvələri daxilində Qarabağ klanına məxsus zabit və əsgərlər var. Bir müddət öncə 40-a yaxın yüksək rütbəli zabitin Nikol Paşinyana hakimiyyətdən getməklə bağlı xəbərdarlıq etməsi də bunu isbat edir. Görünür, son günlər atəşkəsin pozulma halları da məhz Qarabağ klanına sadiq hərbiçilərin ordu daxilində özfəaliyyəti ilə əlaqədardır.

Nikol Paşinyan indiki halda hakimiyyətini möhkəmləndirmək istəyirsə, Qarabağ klanının nümayəndələrinə qarşı sərt tədbirlər görməli, beləcə həm də Robert Köçəryanın gücünü sındırmalıdır. Əks təqdirdə o, rəsmi Bakının ikincı Dəmir Yumruğu ilə üzləşə bilər”.

Q.Hüseynlinin sözlərinə görə, rəsmi Bakı bir müddət öz səssizliyini qorusa da, gec-tez Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində atəşkəsi pozma hallarının qarşısını almaq üçün ciddi addımlar atmalı olacaq:

“44 günlük müharibə bir daha onu göstərdi ki, Ermənistan Azərbaycanla müharibə ritorikasında danışa bilməz. Müharibə bitsə də, Azərbaycan Ordusu döyüşə tam hazır vəziyyətdədir. Rəsmi İrəvan sərhəddə baş verən atəşkəsin pozulma hallarının qarşısını almasa, rəsmi Bakı adekvat cavab verməli olacaq”.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki