Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Qanunla.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsinə müraciət edən qəsəbə sakini 1 il əvvəl dünyasını dəyişən atasından qalan ov tüfəngi və 4 ədəd patronu könüllü olaraq bölmə əməkdaşlarına təhvil verib.