image-qanunla-reklam
image-1698913008-65434e7061ad065434e7061ad1169890980865434e7061ace65434e7061acf

Məhkəmə Arif Hacılının oğlu barəsində QƏRAR VERDİ

image-lady-day-az

Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və yol-nəqliyyat hadisəsi yerindən qaçmada təqsirləndirilən Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

“Qanunla.az” xəbər verir ki, bu barədə qərar Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.

O.Hacılı barəsində Cinayət Məcəlləsinin 263 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264 (yol nəqliyyat hadisəsi yerindən qaçmada) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək, bir neçə gün öncə Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılmışdı. Görüntülərdə “Honda” markalı avtomobilin manevr edərkən bir neçə avtomobilə çırpılması əks olunub. Onun hadisə zamanı sərxoş olduğu bildirilsə də, A.Hacılı açıqlamasında bunu təkzib edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki