image-qanunla-reklam
image-court-1

Məhkəmə-Hüquq Şurasının üzvlərinə təmsilçilik xərcləri fərqli qaydada ödəniləcək – LAYİHƏ

image-lady-day-az

Məhkəmə-Hüquq Şurasının üzvlərinə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi proseduruna dəyişiklik edilir.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, bununla əlaqədar “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik təklif olunur.

Qanunun 8.2-ci maddəsinə görə, Şura üzvlərinə təmsilçilik xərclərinin ödənilməsi üçün Ali Məhkəmə hakimlərinin əmək haqqının 25 faizi məbləğində aylıq əlavə pul təminatı verilir. Əlavə pul təminatı Məhkəmə-Hüquq Şurası tərəfindən dövlət büdcəsindən şuraya ayrılmış vəsait hesabına ödənilir.

Layihədə “əmək haqqı” sözü “vəzifə maaşı” sözü ilə əvəzlənməsi təklif edilir. Həmçinin əmək haqqı ilə vəzifə maaşı anlayışları arasındakı fərqə də aydınlıq gətirilir.

Əmək Məcəlləsində əmək haqqı anlayışı belə təsbit olunur:

Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Vəzifə maaşı isə işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.

Layihədə nəzərdə tutulan dəyişikliyin əsas məqsədi “Məhkəmə-Hüquq Şurası haqqında” qanunun təkmilləşdirilməsidir.

Sənəd Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.

Aqşin Kərimov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki