“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxılıb.
Bu barədə “Report”a onun vəkili İlhamə Həsənova məlumat verib.
Vəkilin sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qurbanovun sədrlik etdiyi iclasda qərar elan olunub.
Qərara əsasən, İ.İsmayılovun şikayəti təmin edilməyib.