Hüquq müdafiəçisi Rüfət Səfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qanunla.az xəbər verir ki, təqdimata bu gün Binəqədi rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə baxılıb.
R.Səfərov Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və CM 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri üzrə təqsirli bilinib.