image-qanunla-reklam
image-img_20210609_152817

Məhkəmədə ermənilərin azərbaycanlılara verdikləri işgəncələr açıqlandı: gözlərini kor edib, suda boğub… — YENİLƏNİB

image-lady-day-az

Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər – Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmə iclası davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin şüşə qəfəsdən çıxarılaraq müdafiəçilərin yanında əyləşməsi ilə bağlı vəsatət qaldırıb.

Vəsatət təmin olunub.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, Lüdviq Mkrtçyan Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı əsirləri işgəncələr altında saxlayıb. Xosrovyan bir neçə erməni ilə cinayət əlaqəsinə girərək Kazımov Həbib Muxtar oğlunu əsir götürərək baş və bədən nayihəsinə ağır zərbələr yetirib və onu ağır işgəncələrə məruz qoyub.

L.Mkrtçyan 1994-cü ildə Kəlbəcər rayonu istiqamətində – Murovdağda əsir düşən Hacıyev Elman Rəhman oğlunu Xocavənd rayonunun Ağbulaq kəndi istiqamətinə apararaq orada ona işgəncələr verib, onu ağır fiziki işlərə cəlb edib və ac-susuz saxlayıb.

A.Xosrovyan bir qrup erməni ilə Ağdamın Cəbrayıllı kəndində əsgər Əliyev Famil Heydərəli oğlunu əsir götürüb, qanunsuz olaraq Şuşa həbsxanasında saxlanılarkən ona dəmir və taxta parçaları ilə xəsarətlər yetirərək ac-susuz saxlayıb. Beləliklə, ona işgəncələr verib.

A.Xosrovyan Ağdamda 1994-cü ildə əsir düşən Hüseynov Cavid Alı oğlunun qanunsuz olaraq saxlanıldığı Şuşa həbsxanasında işgəncələrə məruz qoyub və onu şaxtalı havada qarın altında saxlayaraq baş və göz nayihəsinə ağır zərbələr vurub. Bununla da C.Hüseynov gözlərinin ikisinin də görmə qabiliyyətini itirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki