Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında bürüncü medal mükafatı qazanmış Azərbaycan sərbəst güləşçisi Maqomedxan Maqomedovu təbrik edib.
Qanunla.Az xəbər verir ki, bu barədə Birinci vitse-prezident sosial şəbəkədə yazıb:
“Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedovu bürünc medal qazanması münasibətilə təbrik edirəm! İdmançımıza yeni qələbələr və nailiyyətlər arzulayıram!”.