image-qanunla-reklam
image-fb_img_1630030104052

“Mehriban Əliyeva-hamı üçün rəmzə çevrilən gerçək və layiqli fəaliyyət nümunəsi”

image-lady-day-az

“Mehriban Əliyeva-hamı üçün rəmzə çevrilən gerçək və layiqli fəaliyyət nümunəsi”

26 avqust Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günüdür.
Bu münasibətlə 26.08.2021-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin və Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Mehriban Əliyeva-hamı üçün rəmzə çevrilən gerçək və layiqli fəaliyyət nümunəsi” mövzusunda onlayn tədbir keçirildi.
Onlayn tədbirdə Şabran, Oğuz, Sabirabad, Samux, Zərdab rayon Heydər Əliyev Mərkəzlərinin əməkdaşları iştirak etdi.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimov onlayn tədbir iştirakçılarını salamlayaraq Mehriban Əliyevanın istər Azərbaycan, istərsə də dünya mədəni irsinin qorunması, təbliği və inkişafı istiqamətində gördüyü işlərdən danışaraq, Respublikanın Ibirinci vitse-prezidentinin xalqımızın rəğbətini qazanmaqla yanaşı, xaricdə də daim yüksək qiymətləndirildiyini xüsusi olaraq qeyd etdi.
Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova çıxışında Xanım Mehriban Əliyevanın Yeni Azərbaycan Partiyasının sədr müavini kimi ictimai-siyasi proseslərdə fəal iştirak etdiyini qeyd etdi. Onun fəaliyyət dairəsi o qədər hüdudsuz, zəka işığı o qədər parlaqdır ki, gördüyü işləri təsnifatlaşdırmaq qeyri-mümkündü. Mehriban xanım ulu öndər Heydər Əliyevin ideyalarını yaşadır, Prezident İlham Əliyevin titanik fəaliyyətinə dəstək verir, Mehriban Əliyeva gerçəkləşdirdiyi layihələrə elmi-nəzəri fundamental yanaşması ilə seçilir. Odur ki, Prezident İlham Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərini nəzərə alaraq Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin etməsi böyük siyasi və ictimai əhəmiyyəti olan hadisə idi-deyə Nuranə xanım çıxışında vurğuladı.
Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev Azərbaycanın birinci xanımının üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməsində Heydər Əliyev ucalığının təcəssümü olan ailəsinin onun üçün tükənməz güc mənbəyi olduğunu çıxışında onlayn tədbir iştirakçılarının diqqətinə çatdırdı. Etdiklərinin müqabilində Mehriban xanımın həyatda ən böyük qazancı isə xalqımızın ona da, ailəsinə də ömürlük bəs edəcək qədər ürəkdən gələn alqışı və duasıdır.
Mehriban xanımı təbrik edir, cansağlığı, xoşbəxtlik, məsul və nəcib fəaliyyətində uğurlar arzu edirik!

image-fb_img_1630030104052 image-fb_img_1630030113941 image-fb_img_1630030116908 image-fb_img_1630030119606 image-fb_img_1630030122547 image-fb_img_1630030125226 image-fb_img_1630030128307 image-fb_img_1630030131474 image-fb_img_1630030139737 image-fb_img_1630030148322


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki