image-qanunla-reklam
image-1674284906-alves

Meksika klubu Dani Alveşlə müqaviləni ləğv etdi

image-lady-day-az

Meksikanın “Pumas” klubu Braziliya millisinin sabiq futbolçusu Dani Alveşlə yollarını ayırıb.

“Qanunla.az” “Marca” nəşrinə istinadən xəbər verir ki, bu barədə klubun Qəyyumlar Şurasının sədri Leopoldo Silva mətbuat konfransında bildirib.

O, İspaniyada saxlanılan 40 yaşlı müdafiəçinin müqaviləsinə xitam verildiyini söyləyib.

Qeyd edək ki, Dani Alveş yanvarın 20-də cinsi təcavüzdə ittiham olunduğu üçün tutulub. Təcrübəli futbolçu məhkəmə qarşısında ifadə verəcək. Onun “Pumas”la sözləşməsi yayda başa çatmalı idi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki