Məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
Fevralın 12-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə idarənin inzibati binasında görüş keçirilib.
Qanunla.Az xəbər verir ki, görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Cavad Cavadov, idarənin struktur üzrə bölmə rəhbərləri və əməkdaşlar iştirak edib. Görüş zamanı Cavad Cavadov məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesinin mövcud normativ sənədlərə uyğun idarəolunması, uşaqların bağçalara qəbulu qaydaları, uşaqların qida təchizatı və digər zəruri məsələlər barədə danışıb. Daha sonra idarənin struktur üzrə bölmə rəhbərləri öz səlahiyyət sahələri üzrə çıxış edərək, müvafiq tövsiyələrini və təkliflərini bölüşüblər. Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb, aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb.