Rusiyada məktəbli qızların öz həmyaşıdlarını döydüyü ilə bağlı kadrlar böyük səs-küy yaradıb. Kadrlar artıq hüquq mühafizə orqanlarını da maraqlandırıb, prokurorluq yoxlamalara başlayıb.
Videoda görünür ki, yeniyetmələr məktəb növbətçiliyi barədə mübahisə edirlər, sonra şagirdlərdən biri digərini əli və ayaqları ilə vurmağa başlayır.
Otaqda başqa qızlar olsa da onlar qarışmırlar.
Zərərçəkənin vəziyyəti barədə açıqlama verilməyib.