image-qanunla-reklam
image-gop-presidential-candidates-debate-in-detroit

Melaniya Tramp gözlərini satışa çıxarır – FOTO

image-lady-day-az

ABŞ-ın keçmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp Ağ Evi tərk etdikdən sonra ilk təşəbbüsünü açıqlayıb.

Keçmiş birinci xanım məşhur tünd mavi gözlərini NFT formatına çevirərək satışa çıxarmağa hazırlaşır.

“Melaniyanın baxışı” adlanan təsvir fransız moda rəssamı Mark Entoni Kulon tərəfindən sulu boya ilə işlənib. Görüntünü xanım Trampın səs yazısı müşayiət edir.

Satışın bu ilin sonunadək həyata keçirilməsi planaşdırılır. Əldə olunacaq gəlirin bir hissəsi himayədar ailələrdə böyüyən uşaqlara yardım məqsədilə istifadə olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki