image-qanunla-reklam
image-meleyke-qaragozlu

Məleykə Qaragözlü həbs edildi

image-lady-day-az

İranda güney azərbaycanlı fəal Məleykə Qaragözlü 4 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Qanunla.Az  xəbər verir ki, o, həm də cərimələnib.

Qeyd olunub ki, M.Qaragözlü barəsində qərarın ən azı 3 il 8 ayı mütləq icra edilməlidir. Bundan başqa, onun həbs müddəti bitdikdən sonra ictimai fəaliyyəti qadağan olunub.

Eyni zamanda, gəncin ictimai, siyasi təşkilatlara üzv olması və iki il müddətinə sosial media fəaliyyətlərinə, ölkədən çıxışına qadağa qoyulduğu bildirilib.

Xatırladaq ki, Məleykə Qaragözlü iyulun 13-də məcburi hicaba etiraz olaraq yaylığını başından açıb yerə atdığı videonu paylaşdıqdan sonra təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

O, bundan öncə 2019-cu il oktyabrın 18-də Tehran Universitetinin qarşısında keçirilən etiraz aksiyaları zamanı da saxlanılıb və 6 ay həbs cəzasına məhkum edilib. O, cəzasını Tehranın “Evin” zindanında çəkib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki