Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo “Yuventus”a keçməzdən əvvəl İtaliya çempionatının “ölü” olduğunu deyib.
“Qanunla.az” xarici mediaya istinadən xəbər verir ki, hücumçu futbol jurnalisti Fabrisio Romanoya açıqlamasında deyib:
“Mən “Yuventus”a keçəndə A Seriyası ölmüşdü və müqavilə imzaladıqdan sonra yenidən doğuldu. Kriştiano hara gedirsə, o, böyük maraq doğurur”.
Ronaldo 2017-2021-ci illərdə “Yuventus”da çıxış edib, sonra “Mançester Yunayted”ə keçib. O, “Mançester Yunayted”dən ayrıldıqdan sonra yanvarın 2-də “Əl-Nəsr”ə keçib. Klubla müqaviləyə əsasən, futbolçu ildə 200 milyon avro alır.