“Mənim atam qəhrəmandır”
23 dekabr 2021-ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibəti ilə vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhid övladları üçün “Mənim atam qəhrəmandır” adlı ədəbi –bədii gecə keçirilmişdir. Keçirilən tədbirdə şəhid övladları və xanımları iştirak etdilər. Tədbiri Mərkəzin direktoru Xəyalə Kərimova açaraq, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman vətən oğullarının bizlərə əmanət qoyduqları övladlarına diqqət və qayğının hər kəsin mənəvi borcu olduğunu vurğulayıb.
Əyləncəli proqramda Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru Rəqsanə Babayevanın rəhbərlik etdiyi “Xalq teatrı” nın aktyorları hazırladıqları “Nənənin nağılları”, “Dovşanın sərgüzəştləri” və Şaxta baba ilə birlikdə vətənpərvərlik mövzusunda kiçik səhnəciklər təqdim edərək, şəhid övladlarının sevincinə rəng qatıblar. Eləcədə UGİ Mərkəzinin dərnək üzvləri rəqslər ifa ediblər. Şəhid övladları həmyaşıdlarına qoşularaq şeirlər söyləyib, rəqs edib əyləndilər .
Tədbirin sonunda iştirak edən hər bir şəhid övladına Şaxda baba tərəfindən hədiyyələr təqdim olunmuşdur.