image-qanunla-reklam
image-img-20201124-wa0003

Mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ!: Sadəcə kirayə pulu ödə və ev al

image-lady-day-az

“Daşınmaz əmlak üzrə hüquq və ekspert xidmətləri mərkəzi”nin rəhbəri, əmlak eksperti Elnur Fərzəliyev yazır…

Artıq bir aya yaxındır ki, kirayə mənzil bazarında ucuz kirayəlik evlərə tələbat həddindən çox artıb.  Tələbin çox, təklifin isə az olması səbəbindən hər il qiymətlərdə cüzi belə olsa artım müşahidə olunur. Bakıda kirayəlik mənzillərə bu qədər çox tələbat olmasının əsas səbəbləri kimi əksər ali təhsil müəssisələrinin, nazirliklərin biznes və ticarət mərkəzlərinin, tikinti işləri, pilot layihələr üzərindən istismar müddətini bitirmiş köhnə yaşayış binalarının sökülməsi və digər iş mərkəzlərinin daha çoxunun paytaxt ərazisində yerləşməsidir. Xüsusən də paytaxtda yerləşən ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı hər il getdikcə artmaqdadır.

Bu gün Bakı və ölkənin digər böyük şəhərlərindəki mənzillərin satış qiymətlərinə nəzər salsaq,  həmin mənzilləri nəğd pulla almaq hər kəs üçün əlçtan olmur. Hər il müxtəlif növ kreditlərlə minlərlə mənzillərin satışı həyata keçirilsə də,  bu layihələr vətəndaşların mənzil problemlərini yenə də tam həll edə bilmir. Çünki kreditlə satılan mənzillərdə irəli sürülən şərtlərlə mənzil sahibi olmaq elə də asan deyil. Tələb olunan sənədlər, rəsmi gəlirlər, ilkin ödəniş olaraq mənzilin ümumi dəyərinin 30 faizi və yüksək aylıq ödənişin olması aztəminatlı kateqoriyadan olan insanlar və gənc ailələr üçün bu layihələrdən yararlanmağa müəyyən qədər çətinliklər yaradır. Bu səbəbdən də paytaxt sakinlərinin bir hissəsi məcburən illərlə kirayələrdə yaşamalı olurlar. Zamanla ölkə vətəndaşlarının mənzil problemlərinin aradan qaldırılması üçün dövlət tərəfindən müxtəlif növ layihələr həyata keçirilir.

Bu layihələrdən ən uğurlu və hər kəs üçün əlçatan hesab olunan Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmidir. Bu məqsədlə 2019-cu ilin 25 yanvar tarixində prezident İlham Əliyevin müvafiq fərmanı ilə Azərbaycanda yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi yaradılıb. Kirayə mənzillərin verilməsi də İpoteka və Kredit Zəmanət Fondu tərəfindən aparılır. Artıq 2020-ci ilin mart ayından etibarən kirayə mənzillərin verilməsinə start verilib və bu günə kimi 1000-dən çox tam təmirli mənzil kirayə öhdəliyi ilə satınalma şərti ilə vətəndaşların istifadəsinə verilib. Yeni mexanizmin şərtləri çox sadə və rəsmi gəliri olan hər kəs üçün əlçatandır.

Aylıq ödənişləri kirayə mənzil qiymətlərindən təxminən 20 faiz aşağı, əmlakın bazar dəyəri isə ərazi üzrə təqdim edilən bazar qiymətlərindən 15 faizə qədər ucuz təklif olunur. Mənzillərin ümumi bazar dəyərinin və aylıq ödənişlərinin aşağı olmasının səbəbi kirayələrdə yaşayan aztəminatlı ailələrin mənzil problemlərinin aradan qaldırılması ilə bağlıdır.  Eyni zamanda bu mexanizmdə böyük məbləğdə ilkin ödəniş tələbi yoxdur. Sadəcə mənzilin aylıq ödənişinin 12 aylıq misli ilkin ödəniş olaraq hesablanır.

Digər bir üstün cəhəti isə kirayə mənzillərin güzəştli ipoteka şərtlərinə uyğun şəkildə verilməsidir. Burada illik 4%-ə yaxın xərc nəzərə alınır və sığorta ödənişi tələb olunmur. Sığortalanma Fond tərəfindən aparılır və 25 il müddətində kirayə üzrə aylıq ödənişlərdə heç bir artım olmur. Təklif olunan mənzillər Bakı, Xırdalan və Sumqayıt şəhərlərində yerləşir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki