image-qanunla-reklam
image-fb_img_1737043916534

Məqsəd yeni hədəflər fəth etməkdir

image-lady-day-az

Məqsəd yeni hədəflər fəth etməkdir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Zərdab rayonu, Çallı, Gəlmə, Kəndəbil və Dəkkəoba bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

Qanunla.Az xəbər verir ki, YAP Zərdab rayon təşkilatının sədr müavini Ələkbər Kərimov bildirib ki, yerli özünüidarəetmə sahəsində təkmilləşdirmə işləri vacib yer tutur, çünki əhalinin göstərilən xidmətlərdən razılığı cəmiyyətin inkişafına və demokratik proseslərin irəliləməsinə birbaşa təsir edir. Bu səbəbdən yerli özünüidarəetmənin səmərəliliyini artırmaq üçün qarşıda mühüm vəzifələr dayanır: “Məqsədimiz yeni hədəfləri fəth etməkdir”.

Çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Rafiq Umudov, Əli Ağayev, Fərahim Əliyev, Habil Əsədov, Məmməd Əhmədov, Qalib Həsənov, Sevda Həsənova, Lamiyə Bədəlzadə, İsrayıl İsayev, Taleh İsmayılov, Zəridə Məmmədova və Təvəkkül Sadıqov qeyd ediblər ki, əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsi, həmçinin vətəndaş məmnunluğunun artırılması prioritetdir.

Seçicilərdən Ariz Pənahov, Vüqar Rəsulov, Səbinə Mahmudova və digərləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
image-fb_img_1737043916534 image-fb_img_1737043919343 image-fb_img_1737043922196 image-fb_img_1737043924886 image-fb_img_1737043927713 image-fb_img_1737043930531 image-fb_img_1737043933460 image-fb_img_1737043936440 image-fb_img_1737043939178 image-fb_img_1737043943133 image-fb_img_1737043945938 image-fb_img_1737043948972 image-fb_img_1737043951637 image-fb_img_1737043954392


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki