image-qanunla-reklam
image-1618916203_20181101183818-2226

Merkel Azərbaycanın ərazi bütövlüyü dəstəkləyir

image-lady-day-az
“Dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət olmadıqda, Dağlıq Qarabağda olduğu kimi, beynəlxalq hüquq normaları tətbiq olunmalıdır”,- deyə Almaniya kansleri Angela Merkel Avropa Şurasının Parlament Assambleyasının yaz sessiyasında çıxışı zamanı bildirib.
“Birgə qəbul edilmiş qanunlara riayət etmək vacibdir. Bu qanunlar barışıq üçün bir təhlükə olduğu təqdirdə tətbiq edilməlidir. Bu qanunlar dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət olmadıqda tətbiq edilməlidir. Dağlıq Qarabağ buna nümunə göstirilə bilər. Bu dövrdə Avropa Şurasının mühüm rolu var. Bu məsələdə Avropa Şurasının bütün qurumları bir-biri ilə əməkdaşlıq etməlidir”,-deyə o bildirib.
Almaniya kansleri Angela Merkel həmçinin Dağlıq Qarabağ, Belarus, Şərqi Ukrayna, Krım və digər bölgələrdəki vəziyyətin onun narahatlığına səbəb olduğunu da ifadə edib.
“Avropanın xarici sərhədlərinə baxsaq, bu gün sülh və təhlükəsizliyin, sabitliyin və rifahın normal qəbul edilmədiyi bizim üçün aydın olacaq. Belarus, Şərqi Ukrayna və Krım, Dnestryanı, Cənubi Osetiya, Abxaziya, Dağlıq Qarabağ və əlbəttə ki, Suriya və Liviyadakı vəziyyət çox həyəcan vericidir”,- deyə Merkel  Avropa AŞPA sesiyasının iştirakçılarına olan video müraciətində bildirib.
Almaniya kanslerinin 13-cü dəqiqədən etibarən çıxışı:

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki